ÇOCUK SAĞLIĞI UZMANI OPERATÖR DR. ALLAHVERDİ MUSAYEV
  HAQQIMDA METBUAT VE TV HEBERLERİ
 
AZƏRBAYCANDA İLK DƏFƏ OLARAQ QİDA BORUSUNUN ATREZİYASI ƏMƏLİYYATI KEÇİRİLİB

Müəllif:  AzTV
Mövzu:  Cəmiyyət
Dərc edilib:  07.01.09   17:25


Ölkəmizdə ilk dəfə olaraq daha bir unikal cərrahiyyə əməliyyatı keçirilib. Tibbi müdaxilə sayəsində qida borusu orqanı olmadan dünyaya gələn 1 aylıq körpənin sərbəst qidalanmaq funksiyası bərpa edilib.
Dekabrın 5-də Zaqatalada Mehdiyevlər ailəsində dünyaya gələn bu körpənin yaşamaq şansı demək olar ki, sıfıra bərabər idi. Uşaq qida borusunun atreziyası diaqnozu ilə anadan olub. Sadə dillə desək, balacanın qida borusu olmadığı üçün o, həyat əhəmiyyətli funksiyalardan məhrum idi. Qida borusunun atreziyası əməliyyatının uğuruna şübhə ilə yanaşan valideynləri Kübra Fərəcova adına elmi tədqiqat pediatriya institutunun yenidən doğulmuşların və uşaqların cərrahiyyəsi şöbəsinin müdiri Allahverdi Musayev inandırıb. Hazırda Azərbaycanda bütün cərrahiyə əməliyyatları üçün lazımi avadanlıqların olduğunu deyən Elmi tədqiqat pediatriya institutunun direktoru Nəsib Quliyevin sözlərinə görə, bunun nəticəsidir ki, Azərbaycan səhiyyəsində uşaq cərrahlığı tarixində ilk dəfə uğurla icra olunan çətin əməliyyatlar həyata keçirilir. Əməliyyatlar təmənnasız edilir.
Belə qüsurlarla doğulan uşaqları bu vaxta qədər Azərbaycanda xilas etmək mümkün olmurdu. 1 ay bundan əvvəl çox uğurla aparılan əməliyyat nəticəsində o uşaqların bir neçəsi, o cümlədən biri də dediyimiz diaqnozdan xilas olub, yəni uğurlu aparılmış əməliyyat nəticəsində yemək borusunun tamlığı bərpa olunub, artıq uşaq sərbəst qidalanmaqdadır.
Artıq beynəlxalq təşkilatlar da Azərbaycanda uşaq ölümünün azaldılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrini qeyd edir. Dövlət başçısının 2009-cu ili uşaq ili elan etməsi isə bu sahədə görülən işlərin daha da sürətləndirilməsinə təkan verəcək.

7 AYLIQ KÖRPƏ SENSASİYA YARADIB

Müəllif:  AzTV
Mövzu:  Digər
Dərc edilib:  17.03.10   17:13



Kürdəmir rayonunda 7 aylıq körpə bu günə kimi Azərbaycanda görünməmiş sensasiya yaradıb. Gülay adlı bu uşaq bətnində döl gəzdirirmiş. Valideynlərinin sözlərinə görə, körpəni müayinə edən həkimlər uşağın adi köpdən əziyyət çəkdiyi bildiriblər və Gülayın müalicəsi məhz bu istiqamətdə aparılıb. Getdikcə uşağın səhhətinin ağırlaşdığını görən valideynlər körpəni Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya institutuna gətiriblər. Burda müayinə zamanı körpənin qarın nahiyəsində şiş-törəmə olduğu aşkarlanıb. Cərrahiyə əməliyyatında isə bunun döl olduğu üzə çıxıb. İnstitutun şöbə müdiri Allahverdi Musayevin sözlərinə görə, uşaqlar əkiz olublar. Lakin gen mutasiyası zamanı onlardan biri qarın boşluğuna düşüb və orada inkişaf edib. Allahverdi Musayevin bildirdiyinə görə, hazırda Gülayın vəziyyəti normaldır və onun sağlamlığı üçün heç bir təhlükə gözlənilmir. Yeddi aylıq bu qızcığaz isə hələ bir neçə gün də xəstəxanada həkim nəzarəti altında qalacaq.


Almaniya səfirliyi uşaq xəstəxanasına yeni əməliyyat qurğuları bağışlayıb
14:14 / 01.09.2009

 

 

 


 

Bu gün Kübra Fərəcova adına elmi tədqiqat pediatriya institutunda Almaniya səfirliyinin təşəbbüsü ilə tibbi qurğuların xəstəxanaya təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

 SİA-nın məlumatına görə, ilk olaraq tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pyer Stankina bildirib ki, uşaq xəstəxanasının sidik kisəsi və sidik kanalı əməliyyatlarını aparmaq üçün yeni qurğulara ehtiyacı var.

“Buna görə də bu əməliyyatların baş tutması üçün biz yeni qurğular gətirmişik. Bu alətlər Almaniyanın məşhur “Storss” şirkətinin məhsullarıdır”,- deyə səfir bildirib.

Daha sonra bu tədbirin keçirilməsinə təşəbbüs göstərən səfirin xanımı Kanta Stankina bildirib ki, Saray qəsəbəsində elə uşaqlar var ki, onlar fiziki və mənəvi qüsurları səbəbindən ailədən kənarda yaşayırlar. Bu məqsədlə də xanım Kanta “Ümid” adlı bir layihəyə başlayıb ki, bu layihə nəticəsində də həmin uşaqlar sağalıb yenidən ailələrinə dönməlidirlər.

“Bu əməliyyatlar sidik kisəsi, sidik kanalı ilə bağlı bir əməliyyatdır. Mən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Allahverdi Musayevə müraciət edəndə o bildirmişdi ki, müasir avadanlıqlar olmadığından uşaqlar 4-5 dəfə əməliyyat olunmalıdırlar. Təqdim olunan bu qurğular sayəsində isə uşaqlar 1 dəfə əməliyyat olunub sağala bilər”,- deyə o bildirib.

Daha sonra cərrahiyyə şöbəsinin müdiri Allahverdi Musayev də bu alətlər üçün Almaniya səfirliyinə və “Storss” firmasına təşəkkür edib.

Qeyd edək ki, bu avadanlıqların dəyəri 11 min AZN-dən çoxdur.



 
 
 
 
  Bugün 13 ziyaretçi (15 klik) kişi burdaydı! Operatör Dr. Allahverdi Musayev  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol